Monday, November 29, 2010

Blog açmaq asandır, işlətmək çətin.

Blog açmaq asandır, işlətmək çətin. Problem: Mövzusuzluq. Ancaq bu problemi nəzərə alaraq bu mözvuda yazı yazmağa qərar verdim. Əslində mövzu çoxdur. Gündəlik həyatda beynimizdən çox mözvu keçir. Gəl ki oturursan ki yazı yazasan blogda alınmır. Çünki yadından çıxır. Onunçün həyatda mənə öyrədilən ən gözəl xasiyətlərdən biri olan NOT GÖTÜRMƏK xasiyyətini hamıya şəsləhət görürəm. Məsələn bir şey görürsən onu Facebookda status kimi yazmaq istəyirsən ama axşam gəlirsən ki yadınnan çıxıb. Onunçün nə gördünüzsə bir yerə qeyd edin (telefona, not dəftərinə və s). Effektini görmüşəm. İnanıram ki siz də görəcəksiniz.

Saturday, November 27, 2010

Tələbəyik yoxsa Robot?

Bu sualın cavabını düşünmüsünüzmü? Mən düşünürəm ki cavab ROBOT-dur. Çünki hamı proqramlaşıb. Tələbə sözü Robotun müəyyən bir yaş mərhələsidir. İndi düşünürsünüz ki, mən Robot zad deyiləm. İndi bəlkə də bu yazını oxuyanda ürəyində  mənə "özünsən Robot" deyən də var. Ancaq indi izah edirəm.NİYƏ ROBOT?

İnsan doğulur, böyüyür, məktəbə gedir və məktəb vaxtı seçim etməli olur. Hansı qrupa imtahan verim? Uşaqlıqdan heç kim böyüyəndə mən BİM-də və ya Menecment fakültəsində oxuyacağını təsəvvür eləmir. Nə də heç kim böyüyəndə demir ki Mən Audit olacam və ya Mən Satış meneceri olacam. hamının beynində olan 3-4 sənət olur. Hamı uşaqlıqdan deyir. Mən həkim olacam, Mən polis olacam,  mən müəllim olacam. Biraz ağıllı uşaq da deyir mən biznesmen olacam :). Təbii ki bu deyilənlərin 99%-i olmur. Çünki hələ formalaşmış olmuruq. Valideynlərimizin də qışqır-bağırınnan bir yerdə universitetə daxil oluruq. Düşünürük ki, VSYO!!! HƏYAT BUDU!!! Sizə müxtəlif kurslardakı düşüncəni deyim və deyim ki Hamı niyə deyir ki İŞ YOXDU?!
  • I kurs: Universitetə təzə girmişəm. Biraz universitetin dadını çıxardım. Həm də iş nədi sən canı. Bu boyda XxX fakultəsində oxuyuram + hələ I kursam. I kurs tələbəsi nədi işləmək nədi?
  • II kurs: Yavaş yavaş universitet vaxtı da işləmək lazım olduğunu anlayır. Amma oxuyan tələbələrə guya dərs mane olur, oxumayanlara isə çayxana. Və ŞABLON Həyat davam edir. Çünki məsuliyyətdən qaçmağa çalışır
  • III kurs: Nisbətən (həvəsli) tələbə bir neçə yerə CV verir. Heç CV mərhələsindən belə keçə bilmir və mənimki oxumaqdı deyib Şablon həyata davam edir. PS: CV-də ad, soyad, doğum tarixi və universitetdən başqa heçnə olmur. Bir də ola bilər İngilis dili və Office:). Ay III kurs tələbəsi!!! Heç bir təlimdə, seminarda iştirak etməyibsən, heç bir yerdə işləməyibsən. Özünü qoy o işəgötürənin yerinə. Sən götürərdin özünü işə?
  • IV kurs: Ooooooo... Əsgərliyə hazırlıq dövrü... Oğlanların 90%-i heç hərəkət belə etmək istəmir ki, onsuzda əsgərliyə gedirəm. Qızlar isə hələdə universiteti bitirənnən sora işləmək istəyirlər.
  • Universitetin bitməsindən 1 il keçdi. Oğlanlar əsgərlikdən gəliblər. Heç bir tələbənin (oğlan və qız)  CV-sində heç bir şey yoxdur. Nə bir training nə də iş yeri. 
İndi özünüz düşünün. Sizcə İŞ YERİ yoxdu yoxsa BİZ ROBOTUQ?

by MANAT ------------------> Comment Bildirməyi unutmayın! ;)

Niyə şablon həyat?

Şablon həyat nədir?


Şablon... Bu sözü çox yerdə işlədirik. Şablon Ad günü mesajı "Səni ad günü münasibətilə təbrik edir, uzun ömür can sağlığı arzulauıram" və s. Fikrimcə COPY PASTE olunan hər bir şey Şablondur! Şablon filmlər: "Qız oğlanı sevir, oğlan başqasını. Başqası da o biri qızın padruqası" və yaxud "Rembo kimi bir insan (Polat Alemdar), Veçni prav, hər şeyi düz bilən bir "qəhrəman" "

Bəs Şablon Həyat nədir? 
İndi deyəcəklərim Azərbaycandakı tələbələrin 90%-nə aiddir. Və bu tip insanlar özlərinə deyirlər: "NEYNİYİM?"

Şablon tələbə həyatı:
1ci növbə:

  • Səhər yuxudan durur
  • Əl üzünü yuyur
  • Paltarını geyinir
  • Yemək yeyir
  • "Saoluuuuuun, Mən getdim" deyib çıxır.
  • Eyni marşrut (və ya metro) minir və Universitetə çatır.
  • Oxuyan tələbədirsə dərsə qulaq asır, mühazirə yazır, dərs danışır
  • Oxumayan tələbədirsə Müəllimlə mırtdaşır, telefonla oynuyur son dərsə də girmir gedir qrup yoldaşları ilə çayxanaya. (oxuyandırsa evə gedir bir başa dərs oxumaq üçün)
  • Sonra evə gəlir və soruşur. "Nə yeməyidi?" 
  • Yeməyini yeyənnən sora deyir yoruldum. Girir Facebooka. Biraz chat...
  • Sora da yuxum gəlir deyərək yatır. 

Şablon həyat yaşadığımızı hamımız bilirik. Bunu da məhz onuncun yazdım ki bunu öz gözümüzlə görək... Biraz Şablonlardan uzaqlaşaq... Daha yaradıcı olaq.

1 həftə Biraz Fərqli olsaq həyatımız daha yaradıcı olar. Məsələn:

  • Bir gün əl üzünüzü yumadan və ya saçınızı daramadan evdən çıxın
  • Dərsə fərqli bir yolla gedin (Marşrutla gedirsinizsə metro ilə və ya tərsinə və ya piyada) 
  • Hər gün mırdaşdığınız müəllimə qarşı tam fərqli davranın.
  • Tez yatırsınızsa gec yatın. 
  • Çöldə dönər yeyirsinizsə başqa bir yemək yeyin.
  • Özünüzə bir dəfə hədiyyə alın
BUNLAR SADƏCƏ MİSALLARDIR. İNANIN 1 həftədən sonra effekti görəcəksiniz. Bu yazını yazmağımın tək səbəbi reallıqları göstərməkdir. Biraz real olaq! Ən azından özümüzə qarşı! 

by MANAT