İnsan doğulur, böyüyür, məktəbə gedir və məktəb vaxtı seçim etməli olur. Hansı qrupa imtahan verim? Uşaqlıqdan heç kim böyüyəndə mən BİM-də və ya Menecment fakültəsində oxuyacağını təsəvvür eləmir. Nə də heç kim böyüyəndə demir ki Mən Audit olacam və ya Mən Satış meneceri olacam. hamının beynində olan 3-4 sənət olur. Hamı uşaqlıqdan deyir. Mən həkim olacam, Mən polis olacam, mən müəllim olacam. Biraz ağıllı uşaq da deyir mən biznesmen olacam :). Təbii ki bu deyilənlərin 99%-i olmur. Çünki hələ formalaşmış olmuruq. Valideynlərimizin də qışqır-bağırınnan bir yerdə universitetə daxil oluruq. Düşünürük ki, VSYO!!! HƏYAT BUDU!!! Sizə müxtəlif kurslardakı düşüncəni deyim və deyim ki Hamı niyə deyir ki İŞ YOXDU?!
- I kurs: Universitetə təzə girmişəm. Biraz universitetin dadını çıxardım. Həm də iş nədi sən canı. Bu boyda XxX fakultəsində oxuyuram + hələ I kursam. I kurs tələbəsi nədi işləmək nədi?
- II kurs: Yavaş yavaş universitet vaxtı da işləmək lazım olduğunu anlayır. Amma oxuyan tələbələrə guya dərs mane olur, oxumayanlara isə çayxana. Və ŞABLON Həyat davam edir. Çünki məsuliyyətdən qaçmağa çalışır
- III kurs: Nisbətən (həvəsli) tələbə bir neçə yerə CV verir. Heç CV mərhələsindən belə keçə bilmir və mənimki oxumaqdı deyib Şablon həyata davam edir. PS: CV-də ad, soyad, doğum tarixi və universitetdən başqa heçnə olmur. Bir də ola bilər İngilis dili və Office:). Ay III kurs tələbəsi!!! Heç bir təlimdə, seminarda iştirak etməyibsən, heç bir yerdə işləməyibsən. Özünü qoy o işəgötürənin yerinə. Sən götürərdin özünü işə?
- IV kurs: Ooooooo... Əsgərliyə hazırlıq dövrü... Oğlanların 90%-i heç hərəkət belə etmək istəmir ki, onsuzda əsgərliyə gedirəm. Qızlar isə hələdə universiteti bitirənnən sora işləmək istəyirlər.
- Universitetin bitməsindən 1 il keçdi. Oğlanlar əsgərlikdən gəliblər. Heç bir tələbənin (oğlan və qız) CV-sində heç bir şey yoxdur. Nə bir training nə də iş yeri.
by MANAT ------------------> Comment Bildirməyi unutmayın! ;)
mencede robot :) indiki telebelerin ishlemekle qeti arasi netu:)
ReplyDelete