Sunday, December 5, 2010

Siqaretin xeyri (araşdırmalar sonrası)


Bütün televiziya, KİV, insanlar hamısı siqaretin ziyanından danışır. Ay belə ziyandı ay elə. Onunçün siqaret çəkməyən insan daha sağlam olur falan... Bunu görübkiçik bir araşdırmaya başladım. Siqaretin bu qədər ziyanı ola-ola bəs niyə bu qədər insan siqaretdən istifadə edir? Dəməli ki onun hansısa bir xeyrini görürlər ki, ondan istifadə edirlər. Sorğunu yalnız siqaret çəkənlər arasında keçirdim. Və sorğunun digər sorğulardan fərqi bu sorğunun cəmi 1 sualdan ibarət olması idi. "Siqaretin xeyri nədirki ondan istifadə edirsən?" Cavablar isə müxtəlif oldu.
  • Xoşum gəlir
  • Siqaret insanın içində öldürə bilməyəcəyi şeyləri öldürür
  • Özümü Göstərirəm
  • Əsəblərimi sakitləşdirir
  • Dərdimi azaldır
  • Yorğunluğumu alır
  • Vaxt getmiyəndə vaxtımı aparır
Siqaret çəkən insanlarla müsahibədən alınan cavablar bunlar idi. Və hamısı ortaq cavablar verirdilər. Daha çox araşdırmağa başladım yenədə eyni cavablar. Belə bir nəticəyə gəldim. Nəticədə həqiqətən də siqaretin insana xeyri var imiş. Bəs niyə siqaret çəkən insanlar heç kimə məsləhət görmürlər?
  • Xoşum gəlir  >>>> Əslində dadınnan xoşu gəlmir sadəcə olaraq ata bilmədiyindən elə deməyə məhkumdu.
  • Siqaret insanın içində öldürə bilməyəcəyi şeyləri öldürür >>>> Bəli insanın bütün beyin hüceyrələrini öldürür.
  • Özümü Göstərirəm >>>> İndiki qızların daha çoxu siqaret çəkməyən oğlanlara üstünlük verir.
  • Əsəblərimi sakitləşdirir >>>> Tüstü beyinə gedən zaman oranı dumanlandırır və əsəblər də yayılır.
  • Dərdimi azaldır >>>> Beyin hüceyrələri öldükcə insanın düşüncəsi də ölür və avtomatik dərd azalır.
  • Yorğunluğumu alır >>>> Siqaret çəkənlər özünü elə inandırıb ki mən siqaret çəkməsəm yorğun olacam. Çəkən kimi Yorğunluğum çıxacaq.
  • Vaxt getmiyəndə vaxtımı aparır >>>> Bax bunu düz deyirlər. Hər siqaret 3 dəqiqə aparır. Həmin 3 dəqiqəyə isə bir çox faydalı işlə məşğul olmaq olardı...
Yazını yazmaqda ƏSAS məqsədim: Siqaret çəkənlərə siqareti tərgitmək üçün ziyanını yox onların dediyi xeyirləri təkzib edərək tərgitdirə bilərsiniz.
by MANAT

No comments:

Post a Comment